Noy 24, 2017 18:16 Asia/Baku
  • Qazaxıstanda çadra və rübənddən istifadə qadağan olunur
    Qazaxıstanda çadra və rübənddən istifadə qadağan olunur

Qazaxıstan hökuməti islam geyimlərindən, o cümlədən çadra və rübənddən istifadəyə qadağa layihəsini bu ölkə parlamentinə göndərib.

İSNA-nın məlumatına görə, Qazaxıstanın dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev deyib: Bu qanunda şəxsin üzünün örtülməsinə səbəb olan hər hansı geyim təhlükəsizlik səbəblərinə görə, qadağan olunur. 

O deyib: Müxtəlif hökumət və qeyri-hökumət təşkilatları və ekspertlərin rəyi ilə hazırlanan bu layihənin tənzimlənməsində beynəlxalq təcrübələrə xüsusi diqqət ayrılıb. Belçika, Fransa və digər ölkələrdə vətəndaşların təhlükəsizliyini qorumaq üçün belə qanunlar icra olunur. 

Qazaxıstanın dinlər və vətəndaş cəmiyyəti naziri deyib: İnsanların üzünün gizli qalmasına səbəb olacaq hər növ rübənd, çadra və maskadan istifadə cinayət hesab olunur və qadağandır. 

 Həmçinin bu layihədə çadra və rübənd kimi islam geyimlərinin qadağası kənarında ölkədən xaricdə universitetlərdə qazax tələbələr üçün dini təhsilə nəzarət, dövlət işçilərinin dini fəaliyyətlərinə nəzarət, dini şəxslərlə izdivaclar mərasiminə nəzarət nəzərdə tutulmuşdur. 

Bu qanunun ilin sonuna qədər Qazaxıstan parlamentində təsdiqlənəcəyi proqnoz olunur. 

Qazaxıstanın 18 milyonluq əhalisinin 70%-dən çoxu müsəlmandır. 

Teqlər