Noy 26, 2017 13:44 Asia/Baku
  • İspaniyada qadınlara qarşı zorakılığa etiraz
    İspaniyada qadınlara qarşı zorakılığa etiraz

İspaniya paytaxtı Madrid şəhərində minlərlə adam qadınlara qarşı zorakılıq halları əleyhinə etiraz aksiyası keçirib.

Aksiyaçılar İspaniyada qadınlara qarşı zorakılıq hallarına son qoyulmasını istəyiblər. 

Bu məlumata görə, İspaniyada cinsi zəmində zorakılıq halları ilə mübarizə idarəsi cari miladi ilinin əvvəlindən bu günədək həyat yoldaşlarının zorakılığı nəticəsində 45 qadının həyatını itirməsindən xəbər verib. 

Oxşar aksiya da Fransa paytaxtı Parisdə, ümumdünya qadınlara qarşı zorakılıq ilə mübarizə günündə keçirilmişdi. 

Birləşmiş Millətlər Təşkilatının baş assambleyası 1999-cu ildə 25 noyabrı qadınlara qarşı zorakılıq halları ilə mübarizə günü adlandırdı. 

Teqlər