Dek 02, 2017 19:33 Asia/Baku
  • Putin Ortodoks kilsələrindən Suriyanın bərpasında iştirak etməsini istədi
    Putin Ortodoks kilsələrindən Suriyanın bərpasında iştirak etməsini istədi

Rusiya prezidenti rus Ortodoks kilsələrinin Suriyanın bərpa olunmasında iştirak etməsini istəyib.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Patriax Kirilin başçılıq etdiyi rus Ortodoks kilsəsinin rəhbərləri ilə iclasda ümidvarlıq edib ki, rus ortodoks kilsələri öz beynəlxalq imicinə arxalanaraq Suriyanın bərpasında, bu ölkəyə humanitar yardımlarda, ibadət məkanları və mədəniyyət mərkəzlərinin təmir olunmasında iştirak edəcək.

Vladimir Putin terrorçuların Suriyada törətdikləri cinayətlərə toxunaraq deyib: Onlar istər müsəlman, istərsə də xristianları təqibə məruz qoyub və qırğın ediblər, ibadət məkanlarını dağıdıb və məhv ediblər.

Vladimir Putin həmçinin əlavə edib: Müxtəlif ölkələrdə radikallığın genişlənməsi və humanistlik dəyərlərinin zəifləməsi dünya üçün ciddi hədədir.

 

 

Teqlər