Dek 09, 2017 16:24 Asia/Baku
  • Quterreş: BMT-nin sülhü mühafizə qüvvələrini qəsdən hədəfə almaq müharibə cinayətidir
    Quterreş: BMT-nin sülhü mühafizə qüvvələrini qəsdən hədəfə almaq müharibə cinayətidir

BMT-nin baş katibi Antonio Quterreş Konqo Demokratik Respublikasında BMT-nin sülhü mühafizə qüvvələrindən 14 nəfərinin habelə, 5 Konqo hərbçisinin BMT-nin bu ölkədəki bazalarından birində çıxan qarşıdurmada öldürülməsini kəskin formada qınayıb.

Konqo Demokratik Respublikasının şimalında, Kivo vilayətində baş verən qarşıdurmada 53 nəfərin də yaralandığı bildirilir. Bu toqquşma yaralıların yerləşdirilməsi zamanı baş verib. 

Quterreş deyib: Bu hücumda həlak olan sülhü mühafizə qüvvələri əsasən Tanzaniya vətəndaşı olublar. 

BMT-nin baş katibi cümə axşamı törədilən hücum aktını bu təşkilat üçün bir faciə adlandırıb. 

Quterreş həmçinin deyib: BMT-nin sülhü mühafizə qüvvələrinə qəsdən və bilərəkdən hücum edilməsi qəbul edilməzdir və müharibə cinayəti sayılır. Mən Konqo rəsmilərindən hadisə ilə bağlı araşdırma aparmalarını və səbəbkarları müəyyən edərək, ədalət məhkəməsi qarşısına çıxartmasını istəyirəm. Bu kimi hücumlar nə burda, nə də digər yerdə cəzasız qalmamalıdır. 

Teqlər