Dek 10, 2017 09:01 Asia/Baku
  • Sionist rejimin kobud rəfratı reaksiyalara səbəb olub
    Sionist rejimin kobud rəfratı reaksiyalara səbəb olub

Sionist rejim hərbçilərinin fələstinlilərə qarşı kobud rəftarını əks etdirən videolar sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub.

İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donlad Trampın çərşənbə günü Beytül-Müqəddəsi sionist rejimin paytaxtı kimi tanıması qərarından sonra işğal olunmuş Fələstin sionist hərbçilərlə fələstinlilər arasında toqquşmalar səhnəsinə çevrilib. 

Son üç gün ərzində sionistlərin fələstinlilərə qarşı hücumlarında 4 fələstinli şəhid olub, 1200-dən çox fələstinli yaralanıb. 

Müsəlmanlaırn ilk qibləsi olan Məscidül-Əqsanın yer aldığı Beytül-Müqəddəs Fələstinin ayrılmaz bir hissəsi və müsəlmanların üç əsas müqəddəs məkanlarından biridir. Bu müqəddəs şəhər müsəlmanlar arasında xüsusi mövqeyə malikdir. 

Bir çox beynəlxalq təşkilat və ölkələr Trampın bu hərəkətini pisləyiblər. 

Bytül-Müqqədəs 1967-ci ildən bəri sionist rejimin işğalı altındadır. 

Teqlər