Dek 12, 2017 18:59 Asia/Baku
  • Ağ ev ilə mediyalar arasında qarşıdurma artır
    Ağ ev ilə mediyalar arasında qarşıdurma artır

İnformasiya mənbələri Ağ ev sözçüsünun müxbirlərlə deyişmələrini təhlil edərək mediya və Ağ ev arasında çaxnaşmaların artmasından xəbər veriblər.

ABŞ konqresinə aid olan Hill qəzetinin internet portalında bildirilir ki, Ağ evin sözçüsü Sara Hakbi Sanderz dünən mediyanın ABŞ prezidenti Donald Tramp barədə yaydıqları səhv məlumatlara görə jurnalistlərlə kəskin şəkildə deyişib. 

Ağ evin sözçüsü mediyanın ABŞ prezidentinə qarşı bilərəkdən səhv məlumatlar yaydıqlarını sübut etmək üçün Brayan Rasın ABC Nyus telekanalına buraxılmamasına toxunub, o səhvən məlumat vermişdi ki, Tramp seçkilərdən öncə keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinə Rusiya rəsmiləri ilə görüş əmri veribmiş. 

Donald Tramp Prezident seçilməzdən öncə də bu ölkənin bəzi mediyaları ilə ixtilaflara malik idi və onları yalan məlumatlar yaymaqda ittiham edirdi. Görünür son bir il ərzində Trampın ağılsız hərəkətləri ona qarşı uydurucu məlumatların yayılmasına əlverişli bəhanə yaradıb. 

Teqlər