Dek 18, 2017 17:36 Asia/Baku
  • 
Ruhinqa didərginləri geriyə dönməyə ümid etmirlər
    Ruhinqa didərginləri geriyə dönməyə ümid etmirlər

Ev-eşikləri, əzizləri və maliyyələrini itirmiş və dəhşətli cinayətlərin şahidi olmuş təqribən 650 min ruhinqalı didərgin müsəlman Myanmaya qayıtmağa ümid etmir.

Bu ruhinqalı uşaq Myanma hərbçilərinin əlindən qaçarkən ata-anası öldürülmüşdü. Onun özü də üç dəfə atəşə tutulubdur.

Və bir yaş yarımlıq övladından danışan ana hərbçilərin onun uşağını necə zorla əlindən alaraq, alovun içinə atdıqlarını deyir.

Ruhinqalı müsəlmanların düşərgəsindəki 300 mindən çox didərgin, uşaqdır və məlumatlar ondan xəbər verir ki, hətta onlar belə, Myanma hərbçilərinin zorakılıqları və birbaşa atəşlərindən amanda olmayıblar. Sərhədsiz həkimlər təşkilatı bildiribdir ki, təqribən yeddi min ruhinqalı son aylarda və Myanma hərbçilərinin zorakılıqlarının ardınca öldürülübdür ki, onların 700 nəfərdən çoxu beş yaşından aşağı uşaqlar olublar.

Belə bir halda, Myanma dövləti ölənlərin sayını təkcə 400 nəfər elan edib. Bu dövlət öz cinayətlərini inkar edir.

BMT-nin Myanma dövlətinin həyata keçirdiyi soyqırımının öncədən planlaşdırılaraq, təşkil edilmiş bir əməliyyat olduğunu bir daha bildirməsinə rəğmən, təkcə Myanmanın rəhbəri xanım Su Çidən bu böhranın həllinə çalışması istənilibdir.

qarşısında heç bir tədbir görmür. Yardımçı təşkilatlar proqnoz edirlər ki, tələfatın sayı elan olunandan çox olacaq, zira bütün düşərgələrdə təhqiqat aparılmayıb və hələ Myanmada olan müsəlmanlar və onların ölüləri barədə dəqiq məlumat yoxdur.

Teqlər