Yan 01, 2018 19:40 Asia/Baku
  • Marseldə ölümcül atışma
    Marseldə ölümcül atışma

Fransanın cənubundakı Marsel şəhərində atışma bir nəfərin ölümü ilə nəticələnib.

Fransanın polis mənbələri bildiriblər ki, 29 yaşlı bir kişi bun gün səhər tezdən Marselin şimal məntəqələrindən birində Kalaşnikov avtomatı ilə atəş açaraq, bir nəfəri öldürüb.

Polis mənbələrinin bildirdiklərinə görə, bu atışmanın amilləri aradan çıxıblar.

Deyilənlərə görə, ötən çərşənbə axşamı günü dekabrın 26-da da Marselin şimal məhəllələrindən birindəki bir gecə klubunda atışma nəticəsində bir nəfər ölmüş, iki nəfər də yaralanmışdı.

Fransa polisi bildiribdir ki, bu, 2017-ci ildə Marseldə onuncu şəxsi hesabçürütmə olubdur. Bu cür qanlı hesabçürütmələr on dörd nəfərin həyatına son qoyubdur.

Bu hesabçürütmələrin əksər hissəsi narkomaddələr qaçaqmalçıları arasında baş veribdir.

Teqlər