Yan 16, 2018 21:51 Asia/Baku
  • “Alov və Qəzəb: Tramp Ağ Evinin iç üzü” adlı kitab ən çox satılan kitablar arasında
    “Alov və Qəzəb: Tramp Ağ Evinin iç üzü” adlı kitab ən çox satılan kitablar arasında

ABŞ prezidenti Donald Trampdan bəhs edən “Alov və Qəzəb: Tramp Ağ Evinin iç üzü” adlı kitab ən çox satılan kitablar arasında yer alıb.

“Alov və Qəzəb: Tramp Ağ Evinin iç üzü” adlı kitabın müəllifi olan amerikalı yazıçı və jurnalist Maykl Volf kitabını Trampa yaxın insanların söylədikləri və Trampın ötən bir ildəki prezidentlik fəaliyyətləri əsasında yazdığını deyir.

Maykl Volf ABŞ prezidentinin ətrafındakı insanların təqribən hamısının Trampın prezidentliyə layiq bir şəxs olmadığı barədə ortaq baxışa malik olduqlarını deyir.

Kitab mağazalarında uzun sıralar. Amma, Harry Poter üçün yox.  ABŞ prezidenti Donald Trampın şəxsiyyətindən bəhs edən “Alov və Qəzəb” kitabı üçün.

Kitabın müəllifi Trampa yaxın onlarla insan ilə müsahibə apardığını deyir. Hətta, Trampın özülə ilə də. Sözün qısası, Tramp kürəkəni Kuşnerin ABŞ dövlət katibi olmasını, Tillersonun yerini tutmasını istəyir.

Kuşner Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın iqtidara gətirilməsində açar rola malik olub.

Trampın qızı isə gələcəkdə ABŞ-ın yeganə qadın prezidenti olmaq istəyir.

Kitabın müəllifi Maykl Volf isə deyir: “Ehtimal üzrə Tramp hazırkı prezidentlik dövrünü 33%-lik bir göstərici ilə başa vuracaq. Amma, onun növbəti dəfə prezident seçilməsi ehtimalı 0%-dir.”

Maykl Volf həmçinin deyir: Tramp gözlənilmədən restoranlara gerərək, yemək yeyir. Çünki, Ağ Evdə onu zəhərləyəcəklərindən qorxur.

Müəllifin yazdığına görə Ağ Ev çinliləri birinci dərəcəli düşmən hesab edir. Çünki, Çinin hər şeyi Amerikanın əlindən alacağından qorxur və çinlilərin faşist Almaniyasının zirvədə olduğu dövr ilə müqayisə edir.

Kitabın müəllifi Trampa yaxın insanların dedikləri və şəxsi mütaliələri əsasında ABŞ prezidentinin diqqətini bir mövzu üzərində cəmləyə bilmədiyi qənaətinə gəlib. Belə ki, davamlı olaraq eyni sözləri təkrar edir. Otağına yeni televizorlar quraşdırıb və qapısına yeni kilidlər taxdırıb. Televizorda göstərilənlər onun üçün çox mühümdür.

Trampın sabiq milli təhlükəsizlik müşaviri Maykl Felin onu İranın pis ölkə olduğuna inandırıb. Buna görə də, Misir, İsrail və Ərəbistanı İrana qarşı birləşdirmək lazımdır.