Yan 18, 2018 10:38 Asia/Baku
  • Nigeriyada anti-hökumət aksiyası
    Nigeriyada anti-hökumət aksiyası

Yüzlərlə nigeriyalı bu ölkənin paytaxtı Abucada aksiya keçirib. Onlar bu ölkədə İslam hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azad edilməsini istəyiblər.

Aksiyaçılar dünən Abucada Nigeriyanın polis qüvvələrinin qarşısında bu ölkə hökumətinə qarşı şüar veriblər. Aksiyaçılar Şeyx İbrahim Zəkzakinin azad edilməsini istəyiblər.

Son günlər Nigeriya xalqı bu ölkənin müxtəlif şəhərlərində geniş aksiyalar keçirərək, Şeyx İbrahim Zəkzakinin azad edilməsini tələb etmişdi.

Nigeriya ali məhkəməsi Şeyx Zəkzakinin və onun həyat yoldaşının azad edilməsi barədə hökm çıxarıb, amma bu ölkəninn hökuməti və ordusu onun xəstəliyi və kəskin zəifliyinə rəğmən, bu hökmü icra etməyə hazır deyillər.

Bununla belə, Şex Zəkzaki bazar günü ötən iki ildə ilk dəfə olaraq, Abucada yerləşən bir xəstəxanada müxbirlərin qarşısına çıxıb və onu himayə etdiyi üçün bu ölkə xalqına təşəkkür edibdir.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin bu ölkənin şimalında yerləşən Kaduna əyalətinin Zarya şəhərindəki bir hüseyniyyə qarşı hücumunda həbs olunublar.

Bu hücumda yüzlərlə nəfər, o sıradan Şeyx Zəkzakinin üç övladı şəhid edilibdir.

Teqlər