Yan 18, 2018 21:51 Asia/Baku
  • Rusiya Çinə S-400-ü təhvil verməyə başlayıb
    Rusiya Çinə S-400-ü təhvil verməyə başlayıb

Rusiyanın informasiya vasitələri S-400 hava hücumundan müdafiə sisteminin Çinə təhvil verilməsinin başlanmasından xəbər veriblər.

Rusiya S-400 hava hücumundan müdafiə sisteminin Çinə təhvil verilməsinə 2014-cü ildə imzalanmış bu ölkə ilə mövcud müqaviləyə əsasən başlayıb.

Bu məlumata görə, Çinə göndərilmiş S-400 hava hücumundan müdafiə sistemi yükü komandanlıq mərkəzi, lokator stansiyası, enerji istehsalı və köməkçi təchizatlar, ehtiyat ləvazimatları və əlaqədar vasitələrə şamil olur.

Rusiya ilə Çin arasındakı silah müqaviləsinə əsasən, Moskva üç milyard dollar dəyərində altı ədəd S-400 hava hücumundan müdafiə sistemini Pekinə təhvil verəcək.

S-400 hava hücumundan müdafiə sistemi ən modern rus hava hücumundan müdafiə sistemi olaraq, təyyarələri 400 kilometr mənzilədək və taktiki raketləri 60 kilometr mənzilədək hədəfə almaq qabiliyyətinə malikdir.

Moskva indiyədək bu modern silahları heç bir ölkəyə təhvil verməmişdi və Rusiyanın hərbi sənayesi S-400 hava hücumundan müdafiə sistemini öz ordusunun ehtiyacları üçün düzəldirdi, lakin bir neçə aydır ki, elan ediblər ki, S-400 hava hücumundan müdafiə sistemi üçün öncəki raketlərdən ikiqat artıq mənzilə malik raketlər düzəldiblər.

Bu hava hücumundan müdafiə sistemi 600 kilometrlik mənzilədək hər cür uçan vasitəni tanımaq qüdrətinə malik olan qüdrətli lokatora malikdir.

Teqlər