Yan 19, 2018 10:28 Asia/Baku
  • Qazaxıstan prezidenti: Nüvə anlaşması davam etməlidir

Qazaxıstan prezidenti nüvə anlaşmasını çoxtərəfli diplomatiya uğuru adlandırıb və deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı davam etməlidir.

İRNA-nın məlumatına görə, BMT Təhlükəsizlik Şurasının dövri sədri olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev cümə axşamı günü kütləvi qırğın silaylarının yayılmasına qadağa mövzusunda keçirilən Təhlükəsizlik Şurasının iclasında nüvə anlaşmasının bütün tərəflərini bu beynəlxalq anlaşmanı qorumağa çağırıb. 

Qazaxıstan prezidenti ABŞ prezidenti Donald Trampla görüşündə bu haqda danışıqlar apardığını deyib. Nazarbayev çərşənbə axşamı günü Ağ Evdə Trampla görüşüb. 

Bir çox ölkə rəsmisi və beynəlxalq təşkilat, o cümlədən BMT baş katibi Antonio Quterreş və Rusiya xarici işlər naziri Sergey Lavrov bu iclasda nüvə anlamasını dəstəkləyib. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti həmişə anlaşmanın icrasına maneəçilik törədir. 

Teqlər