Yan 21, 2018 13:27 Asia/Baku
  • Ağ Ev: Federal Dövlətin nə zaman yenidən fəaliyyətə başlayacağı məlum deyil
    Ağ Ev: Federal Dövlətin nə zaman yenidən fəaliyyətə başlayacağı məlum deyil

Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin müdiri Federal Dövlətin yenidən nə zaman öz fəaliyyətlərini bərpa edəcəyi barədə möhlət təyin etməyin mümkün olmadığını deyib.

CNN telekanalının verdiyi məlumata görə, Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin müdiri Mayk Maloni deyib: Federal Dövlətin tətillərə nə zaman son qoyacağı haqda dəqiq fikir bildirmək mümkün deyil. 

Maloni Federal Dövlətin fəaliyyətlərini dayandırmasının müxtəlif kateqoriyalara malik olduğunu deyərək, əlavə edib: Demokrat konqresmenlər Federal Dövlətin fəaliyyətini elə bu gün bərpa edə bilərlər. Amma, bu xüsusla bağlı dəqiq tarixin təyin edilməsi mümkün deyil. 

Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin müdiri həmçinin deyib: Bəzi qrumlar ixtiyarlarında daha çox büdcənin olduğunu nəzərə alaraq, dözümlülük nümayiş etdirəcəklər. Amma, bəziləri buna dözməyəcək və fəaliyyətlərini dayandırmağa məcbur olacaqlar. Və bu tətillərin nə zamana kimi davam edəcəyi haqda dəqiq fikir bildirmək mümkün deyil. 

Donald Trampın ABŞ prezidenti seçilməsinin birinci ildönümündə, ABŞ Konqresində Demokratlar və Respublikaçılar arasında çıxan fikir ayrılıqları Federal Dövlətin öz fəaliyyətlərini 16 fevrala kimi davam etdirə bilməsi üçün hazırlanmış müvəqqəti büdcə layihəsinin təsdiq edilməsinə imkan verməyib. Bununla da Federal Dövlət fəaliyyətlərini dayandırmalı olub. 

Teqlər