Yan 30, 2018 10:54 Asia/Baku
  • ABŞ-ın İrana qarşı ittihamları davam edir
    ABŞ-ın İrana qarşı ittihamları davam edir

ABŞ prezidenti Donald Tramp dünən İrana qarşı ittihamlarının davamında İran İslam Respublikasını regionda səbatsızlaşdırıcı fəaliyyətlərdə ittiham və iddia edib ki, İran Yəmənə silah göndərir.

Donald Tramp dünən BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələrilə nahar ziyafətində iddia edib ki, dünya çoxlu sayda təhlükəsizlik problemi, o sıradan İranın Yaxın Şərqdəki səbatsızlaşdırıcı fəaliyyətləri ilə üzləşir.

Tramp bundan öncə də dəfələrlə regionda Ağ Evdən dəstək alan terrorçularla mübarizədə əsas rol oynayan İranı səbatsızlaşdırıcı fəaliyyətlərdə ittiham etmişdi.

Bu nahar ziyafətini Amerikanın BMT-dəki daimi nümayəndəsi Niki Heyli təşkil etmişdi.

Teqlər