Fev 02, 2018 19:49 Asia/Baku
  • Amerika Maradonaya viza vermədi

Amerika argentinalı futbol məşqçisinə ABŞ prezidentini təhqir etdiyinə görə viza verməyib.

Russia Today-in internet portalının verdiyi məlumata görə, ABŞ dövləti Diyeqo Maradonanın ABŞ prezidenti Donald Trampa qarşı söylədiklərinə xatir ona Amerikaya giriş vizası verməyib.

Son vaxtlar Maradona Donald Trampı tənqid edərək onu "başqaların əlində kukla" adlandırmışdı.

Onun Tramp barədə bu ifadəni işlətdiyi açıqlaması, Amerika vizasına baxılarkən yayımlanmışdır.

Teqlər