Fev 03, 2018 12:07 Asia/Baku
  • Trampın böyük qumarı
    Trampın böyük qumarı

ABŞ prezidenti Donald Tramp qalmaqallı gizli notanı yayımlayaraq Birləşmiş Ştatların siyasi səhnəsində ən böyük dəyişikliyə başlayıb və böyük qumara əl atıb.

Bir neçə gün öncədən Rusiyanın ABŞ-ın prezident seçkilərində müdaxilə etməsinə dair Federal Təhqiqat Bürosu FTB-nin gizli sənədləri haqda çoxlu siyasi qalmaqal yaranmışdır. 

ABŞ prezidenti Donald Tramp bu sənədlərin yayılmasına rəsmən icazə verib. 

Yayılan məlumatlar üç səhifə yarımdır. Bu sənədlər mediaların da ixtiyarına verilib. 

Tramp və ətrafındakılar iddia edirlər ki, ABŞ-ın Federal Təhqiqat Bürosu onun seçki kampaniyası ilə əlaqədar araşdırmada öz gücündən sui-istifadə edib. 

Bildirilir ki, bu sənədlər Ədliyyə Nazirliyi və FTB-ni Tramp əleyhinə qurumlar kimi təqdim edir. 

Teqlər