Fev 09, 2018 20:07 Asia/Baku
  • Maldivdə dövlətlə müxalif bir telekanal bağlanıb
    Maldivdə dövlətlə müxalif bir telekanal bağlanıb

Maldivdə dövlətlə müxalif bir telekanalın işçilərinin təhdid edilmələrinin ardınca bu telekanalın başçıları naməlum müddətədək bu kanalın yayımının dayandırılmasından və kanalın bağlanmasından xəbər veriblər.

"Raci TV" kanalının başçıları bu gün bu xəbəri verərək, vurğulayıblar ki, Maldiv dövləti bu ölkədə dövlət müxaliflərinin yatırdılmasını davam etdirəcək.

Maldiv dövlətilə müxalif olanlardan biri bu kanalın bağlanması ilə bağlı deyib ki, həmin ölkənin başçıları bu telekanalı təhdid etmişdilər.

Bazar günündən Maldivdə fövqəladə vəziyyət elan olunub. Buna səbəb, dövlətlə müxalif olan bir neçə siyasətçinin azadlığı üstündə bu ölkənin ali məhkəməsi ilə Maldiv prezidenti Abdulla Yəmin arasındakı gərginliyin artmasıdır.

Belə bir halda, Maldivdəki siyasi partiyalar bu ölkə prezidentini korrupsiyada ittiham ediblər.

Hindistanın cənub-qərbində yerləşən Maldiv ölkəsi bu ölkənin sabiq prezidenti Mohamed Naşidin kənarlaşdırılmasından sonra 2012-ci ildən siyasi böhrana düçar olubdur.

Teqlər