Fev 13, 2018 15:18 Asia/Baku
  • Ağ Ev mediaları ittihamlandırıb
    Ağ Ev mediaları ittihamlandırıb

Ağ Ev-in sözçüsü bu orqandakı mediaları gizli məlumatları sızdırmaqda ittiham edib.

Ağ Ev-in sözçüsü Sara Sanders ABŞ prezidenti Donald Trampın anti-media mövqeyi ilə eyni istiqamətdə və medialarla qarşıdurmanın yeni mərhələsində onları gizli məlumatları sızdırmaqda və bu ölkənin milli təhlükəsizliyini xətərə salmaqda ittiham edib.

Sanders media nümayəndələrinə xitabən deyib: Əgər gizli informasiyaların sızmasından nigaransınızsa, özünüz onun əsas amilisiniz; siz gizli məlumatları kənara ötürür və ölkənin milli təhlükəsizliyini xətərə salırsınız.

Trampın 2016-cı il prezident seçkiləri rəqabətində və Ağ Ev-ə daxil olduqdan sonra medialar barədəki mövqeyi daim düşmənçilik xarakteri daşıyıb və o, mediaları yalançı, adam aldadan və saxtakar adlandırıbdır.

Teqlər