Fev 15, 2018 20:48 Asia/Baku
  • Həratda SSRİ hərbçilərinin Əfqanıstandan çıxmasının ildönümü qeyd olundu
    Həratda SSRİ hərbçilərinin Əfqanıstandan çıxmasının ildönümü qeyd olundu

SSRİ ordusu qüvvələrinin Əfqanıstandan çıxmasının ildönümü münasibəti ilə ictimai tədbir bu ölkənin qərbində Hərat vilayətində keçirilib.

İRİB-in Dəri radiosunun məlumatına görə, siyasi fəallar və Hərat vilayətinin bir qrup sakini cümə axşamı günü sabiq SSRİ hərbçilərinin Əfqanıstandan çıxmasının ildönümü münasibəti ilə Hərat vilayətində təşkil olunan tədbirdə iştirak edib və bu günü yad ediblər. 

Bu tədbirin iştirakçıları Əfqan Mücahidləri cihad və müqavimət qəhrəmanları kimi yad edib və bildiriblər ki, həmin mücahidlər SSRİ ordusunu diz çökdürdü və Əfqanıstandan qaçmağa məcbur etdi. 

Tədbir iştirakçıları həmçinin Bəlxin kənarlaşdırılmış valisi Əta Məhəmməd Nura öz dəstəyini elan edib və bildiriblər: Əfqanıstanın milli birlik hökuməti xalqın cihad və müqavimət dəyərlərini qorumaq üçün çoxlu səylər göstərməlidir. 

Əfqan Mücahidləri Əfqanıstan Demokratik Respublikası hökumətinə müxalif əfqan kəşfiyyat qruplarının adı idi. 1970-ci illərin sonunda bu hökumətin iqtidara gəlməsi ilə Əfqan Mücahidlər hökumətlə və SSRİ qüvvələri ilə mübarizəyə başladı. 

Bu qrupların döyüşləri SSRİ ordusunun 1989-cu ildə Əfqanıstandan çıxması və Əfqanıstan hökumətinin 1992-ci ildə devrilməsi ilə nəticələndi. 

Teqlər