Fev 19, 2018 11:34 Asia/Baku
  • Quterreş başsağlığı verdi
    Quterreş başsağlığı verdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi İranda baş verən son təyyarə qəzası ilə əlaqədar İran xalqı və dövlətinə başsağlığı verib.

Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, BMT baş katibi Antonio Quterreş bir bəyanatda İranın cənubunda baş verən təyyarə qəzasına görə təəssüfünü bildirərək hadisə qurbanlarının ailələri və İran xalqı və hökumətinə başsağlığı verib. 

"Aseman" hava yolları şirkətinə aid olan 60 sərnişin və 6 ekipaj üzvünü daşıyan ATR tipli bir sərnişin təyyarəsi bazar günü səhər saat 8-də Tehranı Yasuca doğru tərk etdikdən sonra İsfahanın Səmirom şəhəri yaxınlığında qəzaya uğrayıb.  

Teqlər