Fev 23, 2018 10:57 Asia/Baku
  • İraqçı: Trampın nüvə anlaşması ilə qarşıdurması dünya ictimaiyyətilə qarşıdurmadır
    İraqçı: Trampın nüvə anlaşması ilə qarşıdurması dünya ictimaiyyətilə qarşıdurmadır

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Londonda iranlı jurnalistlərlə müsahibədə bildirib ki, ABŞ prezidenti Donald Trampın nüvə anlaşması ilə qarşıdurması dünya ictimaiyyətilə qarşıdurmadır.

Seyid Abbas İraqçı Trampın nüvə anlaşmasını aradan götürmək üzrə uğursuz cəhdlərinə toxunaraq, belə qeyd edib: Tramp Amerika prezident seçkilərində qalib gəlməzdən öncə vəd etmişdi ki, nüvə anlaşmasını cıracaq, amma seçkilərdəki qələbəsindən bir il bir ayın keçməsinə rəğmən, hələ də müvəffəq olmayıbdır.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Trampın bu uğursuzluğunu nüvə anlaşmasının daxili və xarici möhkəmliyi və bu anlaşmaya üzv ölkələrin və dünya ictimaiyyətinin himayəsilə əlaqələndirib və bildirib ki, ABŞ dünyada təcrid olunubdur.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasının qorunması bu anlaşmaya üzv bütün ölkələrin və ondan əlavə, dünya ictimaiyyətinin birgə məsuliyyətidir.

Teqlər