Mart 07, 2018 13:18 Asia/Baku
  • Yaponiya iki Koreya arasındakı əlaqələrin yaxşılaşmasından nigaranlıq edib

Çin Xarici İşlər Nazirliyinin iki Koreya arasındakı əlaqələrin yaxşılaşmasını alqışladığı halda Yaponiya fərqli bir yanaşmada Seul və Pxenyan arasındakı yaxınlaşmadan naraqılız edib.

Kioto Nyus-un verdiyi məlumata görə, Yaponiya hökuməti Şimali və Cənubi Koreya başçılarının cari ilin aprel ayının sonlarında görüşməsi ilə bağlı Seul və Pxenyan arasında əldə edilmiş anlaşmanın Şimali Koreya əleyhinə təzyiqlərin azalması və bu ölkə ilə diplomatik əlaqələrin genişlənməsinə səbəb olacağı haqda xəbərdarlıq edib. 

Yaponiyanın müdafiə naziri İtsunori Onodera bu xüsusda deyib: İki Koreya başçısının görüşünü diqqətlə analiz etmək lazımdır. Bu görüşün Şimali Koreyanı öz nüvə və raket proqramlarını dayandırmağa qane edib-etməyəcəyini gözləmək lazımdır. 

İstunori Onodera həmçinin deyib: Təzyiqləri Şimali Koreyanın öz siyasətlərinə dəyişiklik etmədiyi zamana kimi azaltmaq olmaz. 

Yaponiyanın müdafiə naziri əlavə edib: Tokio Pxenyanın vaxtdan və müzakirədən öz nüvə arsenalını genişləndirmək üçün istifadə etməsindən nigarandır.  

Teqlər