Mart 09, 2018 19:37 Asia/Baku
  • Tillerson Ş.Koreyanın müzakirə təklifindən təəccübləndiyini bildirib

Amerika dövlət katibi Şimali Koreyanın müzakirə təklifindən təəccübləndiyini bildiriərək deyib: Pxnyanın mövqeyi gözə çarpacaq dərəcədə dəyişib.

AP-nin verdiyi məlumata görə, ABŞ dövlət katibi Reks Tillerson bu gün deyib: Şimali Koreyanın öz mövqeyində təəccüblü və gözəçarpan dəyişikliyi ABŞ prezidentinin Ş.Koreya rəhbəri ilə görüş ilə razılaşmasına gətirib çıxarıb.

Tillreson deyib: Ş.Koreyanın təklifi Pxenyanın həqiqətən müzakirə ardınca olduğunu göstərən indiyədək müşahidə olunmuş ən güclü təklifdir.

ABŞ dövlət katibi deyib: Tramp artıq Şimali Koreyanın rəhbəri ilə görüş barədə qərar verib və bu görüşün vaxtının müəyyənləşdirilməsi üçün sadəcə bir neçə həftə zaman lazımdır.

Cənubi Koreyadan bir heyət dünən Vaşinqtona səfər edərək Şimali Koreya rəhbəri Kim Çen Indan bir məktubu ABŞ prezidenti Donald Trampa təqdim edib.

Bu hadisədən sonra Cənubi Koreya və Amerika rəsmiləri bildirdilər ki, Şimali Koreya rəhbəri Tramp ilə görüş və qarşılıqlı ixtilafların danışıq yolu ilə həll edilməsi təklifini verib.

Tramp bu gün səhər çağı bir tvittdə yazıb: Görüş üçün proqramlaşdırma gedir amma yekun razılıq əldə olunanadək Şimali Koreyaya qarşı sanksiyalar davam edəcək.

Teqlər