Mart 17, 2018 20:19 Asia/Baku
  • Rusiya Britaniyanın 23 diplomatını qovdu
    Rusiya Britaniyanın 23 diplomatını qovdu

Rusiya Xarici İşlər Nazirliyi Londonun rus diplomatlarla son davranışı ardınca, Britaniyanın 23 diplomatının ölkədən çıxarıldığını bildirib.

Russia Todayın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi həmçinin Moskvada Britaniyanın Mədəniyyət Mərkəzinin fəaliyyətinin dayandırılması və bu ölkənin Sankt-Peterburq şəhərindəki konsulluğunun bağlanmasından xəbər verib. 

Rusiyanın bu qərarı Britaniyanın Moskvadakı səfiri Laurie Bristovun Xarici İşlər Nazirliyinə ikinci dəfə çağırılmasından sonra verilib. 

Rusiya Xarici İşlər Nazirliyi həmçinin Londona xəbərdarlıq edib ki, Britaniya tərəfindən Rusiya əleyhinə yeni addım atıldığı halda, bu ölkə də qarşılıqlı addım atacaq. 

Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü deyib: Britaniya diplomatlarının Rusiyadan çıxarılması ilə Londonun son hərəkətinə mütləq cavab veriləcək. 

Britaniya baş naziri Tereza Mey çərşənbə günü 14 martda rus agent Sergey Skripal və 33 yaşlı qızının Londonun cənubunda Salzbori şəhərində zəhərlənməsi və huşsuz vəziyyətdə xəstəxanaya yatırılmasında Rusiyanın əlinin olması iddiasını təkrarlayaraq 23 rus diplomatın Britaniya ərazisindən çıxarılmasına göstəriş verib. 

Qarşılığında Rusiya bu ittihamları rədd edib və bildirib: Britaniya bu ittihamlarla dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışır. 

Teqlər