Mart 20, 2018 19:58 Asia/Baku
  • Merilan ştatındakı bir orta məktəbdə atışma

Amerikanın Merialnd ştatındakı bir orta məktəbdə atışma nəticəsində bir neçə nəfər atəşə tutulub.

Amerikanın Merialnd ştatının Sent Meri şəhərinin məktəblərinin idarə olunması üzrə mərkəz bildirib ki, bu şəhərin Qrit Milz məktəbində atışma bu gün yerli vaxtla səhərçağı baş verib.

Bu idarənin bildirdiyinə görə, polis qüvvələri hadisə yerinə gəlib və məktəbin bütün qapılarını bağlayıblar.

Hələ bu hadisədə ehtimal olunan tələfat və yaralıların sayı, onun amili və ya amilləri barədə bir məlumat yayılmayıbdır.

Fevralın 14-də də Florida ştatındakı bir orta məktəbdə atışma nəticəsində 17 məktəbli ölmüş, əlli nəfər də yaralanmışdı.

Amerikada silahdaşımanın azad olması hər gün ölümcül hadisələrin baş verməsilə nəticələnir.

Amerikada vətəndaş hüquqları himayədarlarının tələblərinə rəğmən, bu ölkədəki güclü silah lobbisi ABŞ dövləti və ya konqresinin silah satışında məhdudiyyətlər tətbiq etmələrinə icazə verməyibdir.

 

 

Teqlər