Mart 25, 2018 19:24 Asia/Baku
  • Pucdemon həbs olunub
    Pucdemon həbs olunub

Almaniya polisi İspaniya ali məhkəməsi hakiminin hökmünün icrası istiqamətində İspaniyanın Kataloniya əyalətinin yerli dövlətinin kənarlaşdırılmış fərari başçısı Karlos Pucdemonu Almaniya-Danimarka sərhədində həbs edib.

İspaniya ali məhkəməsinin həbs hökmü Belçikaya qaçmış onun sabiq dövlətinin üzvlərindən bir neçəsinə də şamil olur. Pucdemon təqribən altı ay bundan öncə, birtərəfli şəkildə həmin əyalətin istiqlaliyyətini elan etdikdən sonra qiyam, fitnə və qanun itaətsizliyi ittihamları ilə bu ölkənin ali məhkəməsinə çağırıldı. Amma məhkəməyə gəlmək yerinə, Belçikaya qaçdı. Pucdemonun həbs edilməsilə onun, eləcə də Kataloniya separatçılarının gələcəyi qaranlıq bir halədə qərar tapıbdır.

Onun İspaniyaya ekstradisiya ediləcəyi halda, o, 25 illik həbs cəzası ilə üzləşəcək. Eyni zamanda, Pucdemonun həbsi separatçıların digər başçılarının həbs olunmaları üçün bir müqəddimə sayılır. Beləliklə, Pucdemonun həbs olunması Kataloniya separatçılarına ağır bir zərbə hesab olunur.

Teqlər