Apr 13, 2018 11:54 Asia/Baku
  • Tramp kabinetinin militaristləri Suriyaya tələsik hücumdan geri çəkiliblər
    Tramp kabinetinin militaristləri Suriyaya tələsik hücumdan geri çəkiliblər

ABŞ prezidentinin ötən çərşənbə günü maksimum 48 saat ərzində Suriyaya hücumdan xəbər verdiyi bir halda, Tramp dünən iddia edibdir ki, Suriyaya qarşı hücumun hansı zamanda baş verəcəyini əsla deməyibdir.

ABŞ prezidenti ötən çərşənbə günü öz twitter ritorikalarının davamında təhdid etdi ki, Vaşinqton Suriyanı elektron və yeni raketlərlə hədəfə alacaq. Bununla belə, Tramp dünən öz twitter səhifəsindəki müraciətində yazıb ki, Suriyaya qarşı hücumun hansı zamanda baş verəcəyini əsla deməyibdir. Bəlkə də Suriyaya hücum çox tez baş verəcək və ya daha artıq vaxt aparacaqdır-deyə, o bildiribdir.

Ağ Evin sözçüsü Sara Hakabi Sanders də dünən gecə ABŞ prezidentinin Ağ Evin milli təhlükəsizlik komandası ilə iclasından sonra deyib ki, bu iclasda Suriyanın durumu barədə heç bir yekun qərar çıxarılmayıbdır. 

Bəzi amerikalı mənbələr bu iclasda ABŞ-ın müdafiə naziri Ceyms Mettis ilə Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton arasında çəkişmə və höcətləşmənin baş verdiyini bildiriblər.

Bu məlumata görə, ABŞ-ın müdafiə naziri bu iclasda Suriyaya qarı ehtimal olunan hücumdan irəli gələn gərginliyin idarə olunması, həmçinin amerikalı qüvvələrin zərər çəkmələri barədə nigarançılıq edibdir.

Donald Trampın Suriyaya tələsik hücumdan geri çəkilməsinin müxtəlif səbəbləri var, amma bu məsələ daha çox Rusiyanın qətiyyətli mövqeləri və beynəlxalq reaksiyalardan irəli gəlir.

Hərçənd İngiltərənin nazirlər kabineti bu ölkənin Suriyaya qarşı ehtimal olunan hücumda ABŞ ilə yanaşı olması ilə razılaşıbdır, amma İngiltərədə çıxan Tayms qəzetinin apardığı rəy sorğusuna əsasən, bu ölkə xalqının əksər hissəsi Londonun Amerikanın rəhbərliyi altında olan koalisiyanın Suriyaya qarşı hücumunda hərbi iştirakı ilə müxalifdir.

Almaniya kansleri Angela Merkel də dünən bildiribdir ki, Berlin Amerikanın və onun İngiltərə və Fransa daxil olmaqla bəzi müttəfiq ölkələrinin Suriyaya qarşı hücumunda əsla iştirak etməyəcəkdir.

Rusiyanın qətiyyətli müxalifəti və Moskvanın Vaşinqtona qarşı xəbərdarlığı da Amerikanın Suriyaya qarşı hücum barədə çaş-baş qalması və geri çəkilməsindəki digər bir amildir. Bu istiqamətdə sionist rejimin Haarets qəzetinin saytı bir analitik reportajda belə yazıb: Rusiyanın danışıq tərzi dəyişibdir. Kreml kəskin şəkildə Amerikaya xəbərdarlıq edibdir ki, onun şəriki olan Suriyaya qarşı tənbehedici hücumlardan çəkinsin. Kreml açıq şəkildə təhdid edibdir ki, amerikan raketləri izləyəcəkdir. Bu cür problemlər hətta boş hay-küy olmuş-olsa belə, asanlıqla, icra olunan ultimatumlara çevrilə və Rusiya prezidenti Vlaidimir Putini addım atmağa məcbur edə bilər.

Amerika və bəzi Avropa ölkələri Suriyanın Şərqi Qutədə yerləşən Duma məntəqəsinə qarşı kimyəvi hücumu iddiası ilə bu ölkəyə qarşı hücum planını izləyir, lakin bu barədə heç bir sənəd təqdim etmirlər. Bu istiqamətdə İngiltərənin Suriyadakı sabiq səfiri Peter Ford BBC-nin Şotlandiya radiosu ilə müsahibədə deyib ki, Amerika prezidentinin iddiasının əksinə olaraq, o, Dumaya qarşı kimyəvi hücumun Bəşşar Əsədin əmri ilə həyata keçirilmədiyinə əmindir. 

O, deyib: Məncə, Bəşşar Əsəd nəzarətçilərin təftişlərindən əsla nigaran deyil və qəti şəkildə bu işdə onun heç bir günahı yoxdur.

Teqlər