Apr 14, 2018 13:01 Asia/Baku
  • Amerikanlar Suriyaya qarşı hücumun əleyhinədirlər
    Amerikanlar Suriyaya qarşı hücumun əleyhinədirlər

Amerikalı vətəndaşlar Amerikanın Suriyaya qarşı hava hücumlarının əleyhinədir və mülkiləri müdafiənin münasib yolunun müharibə olmadığı qənaətindədir.

APTN telekanalının verdiyi məlumata görə, bəzi amerikanlar dünən bu ölkə prezidenti Donald Trampın Suriyaya qarşı hərbi hücum qərarına münasibət bildiriblər. 

Nyu-York sakini Karen Lempl Suriyaya qarşı hava hücumu barədə öz münasibətini belə açıqlayıb: Heç vaxt müharibə yaxşı cavab deyil. Mənə elə gəlir ki, həmişə diplomatik həll yolu var. 

Texas sakini olan başqa bir ABŞ vətəndaşı isə deyir: Ümid edirəm ki, dəyərlər və prinsiplərimizi unudacaq qədər bu müharibəyə məşğul olmayacağıq. Mən raket hücumunun əleyhinəyəm ona görə ki, bu hücumlarda yenə də xalq ziyan görür. 

Teqlər