Apr 15, 2018 10:21 Asia/Baku
  • Ruhinqalı didərgn müsəlman ailələrindən biri Myanmaya geri dönüb
    Ruhinqalı didərgn müsəlman ailələrindən biri Myanmaya geri dönüb

Yüz minlərlə ruhinqalı müsəlmanın öz evindən didərgin salındığı bir şəraitdə, Myanma dövləti ilk ruhinqalı didərgin müsəlman ailəsinin ölkəyə qayıtmasından xəbər verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, şənbə günü ilk ruhinqalı didərgin müsəlman ailə Banqladeşdən Myanmaya qayıdıb. Myanma ordusunun ruhinqalı müsəlmanlara qarşı kütləvi etnik təmizləmə əməliyyatı nəticəsində 900 mindən çox ruhinqalı müsəlman Banqladeşə sığınıb. 

Myanma hökumətinin bildirişinə əsasən bu ölkənin Dövlət Statistika Komitəsi ruhinqalı didərgin müsəlman ailəsinin üzvləri olan beş nəfərin şənbə günü səhər Raxin vilayətində yerləşən Taunqpyoletvey şəhərindəki düşərgəyə qayıtmasından xəbər verib. 

Bu bəyanatda digər myanmalı müsəlman didərginlərin öz evlərinə qayıtması ilə bağlı hansısa proqramın olduğuna işarə edilməyib. 

Myanmanın ictimai rifah naziri Vin Myat Aye ötən həftə Banqladeşə olan səfəri zamanı ruhinqalı müsəlman didərginlərin Banqladeşdən Myanmaya qayıtmalarını bu ölkə hökumətinin əsas prioriteti adlandırmışdı. 

Hazırda Banqladeşdə olan myanmalı müsəlman didərginlərin sayı bir milyona çatıb. 

Myanma hökuməti və ordusunun ruhinqalı müsəlmanlara qarşı kütləvi soyqırımı 25 avqust 2017-ci il tarixindən yeni mərhələyə daxil olub. Nəticədə minlərlə insan qırğın edilib. Bir milyona yaxın müsəlman isə evini təkr edərək, Banqladeşə sığınmağa məcbur olub. 

Teqlər