Apr 18, 2018 09:35 Asia/Baku
  • MKİ şefinin Şimali Koreyaya məxfi səfəri ifşa edilib

Amerikada çıxan Vaşinqton Post qəzeti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ) şefinin məxfi şəkildə Şimali Koreyaya səfər etdiyi və bu ölkənin rəhbəri Kim Çen In ilə görüşdüyünü ifşa edib.

Vaşinqton Post qəzeti adının gizli qalmasını istəyən iki yüksək səviyyəli dövlət rəsmisinə istiandla yazıb: MKİ şefi Mayk Pompeo ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi olaraq məxfi şəkildə Şimali Koreyaya səfər edib və Kim Çen In ilə görüşüb.

Qəzet bu səfərin Pompeonun Pxenyana səfəri Tramp və Şimali Koreya rəhbəri arasındakı görüşə hazırlıq çərçivəsində baş tutduğunu da qeyd edib. 

Digər tərəfdən Ağ Evin sözçüsü Sara Sanders Vaşinqton və Pxenyan arasında ən yüksək səviyyədə danışıqların aparıldığını deyib. Amma, bu danışıqlar Tramp və Kim Çen In arasında olmayıb.

 

Teqlər