May 13, 2018 10:04 Asia/Baku
  • ABŞ-ın Pakistandakı hərbi attaşesi saxlanıldı

Pakistanın Federal Araşdırmalar Agentliyi şənbə günü ölkəni tərk etmək istəyən ABŞ səfirliyinin hərbi attaşesi polkovnik Cozef Emanuel Hall-ı İslamabadın "Nur Xan" hava limanında həbs edib.

İRNA-nın məlumatına görə, bu amerikalı diplomat ötən aprel ayında qırmızı işıqda yolu keçərək, bir pakistanlı motorsikletçini əzmişdi. Polkovnik Cozef Emanuel Hall bir qrup amerikalı hərbçi ilə Pakistanı tərk etmək istəyərkən saxlanılıb. 

ABŞ hökuməti bu amerikalı diplomatı Pakistandan çıxartmaq üçün Nur Xan hava limanına bir ədəd C-130 təyyarəsi göndərmişdi. 

Teqlər