May 16, 2018 08:45 Asia/Baku
  • Moqerini: Məqsədimiz nüvə anlaşmasını xilas etmək və bütün bəndlərini reallaşdırmaqdır
    Moqerini: Məqsədimiz nüvə anlaşmasını xilas etmək və bütün bəndlərini reallaşdırmaqdır

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi deyib: Hal hazırda məqsədimiz İran ilə nüvə anlaşmasını xilas və onu tam formada icra etməkdir.

Əl-Aləm telekanalının məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini Brüssel iclasından sonra mətbuat konfransında deyib: ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra, bu anlaşmanın hələ də qüvvədə olmasını nəzərə alaraq, çox mürəkkəb və çətin bir vəziyyət ilə üzləşmişik. İndi İranın nüvə anlaşmasında qalması və Avropa ölkələrinin də iki tərəf arasındakı xoşməramlılıq əsasında nüvə anlaşmasında qeyd olunmuş öhdəliklərə əməl etməsi mövzusu gündəmdədir.

Moqerini əlavə edib: Biz nüvə anlaşmasına dəyişikliyin və ya düzəlişin edilməsinin mümkünlüyünü araşdırmırıq. Ümidvaram ən qısa zamanda real həll yolu əldə edə bilək. Təcili olaraq nüvə anlaşmasını xilas etmək üçün tədbirlər görülməlidir. Hal hazırda məqsədimiz İran ilə nüvə anlaşmasını xilas etmək və onun bəndlərinin tam şəkildə icra olunmasına nail olmaqdır.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi həmçinin deyib: Biz konstruktiv və səmimi bir atmosferə malik olan iclasda nüvə anlaşmasının bütün bəndlərinin tam formada icra edilməsində qətiyyətli olduğumuzu vurğuladıq. Bildiyiniz kimi mən Fransa, Britaniya və Almaniya  habelə, İran İslam Respublikasının xarici işlər nazirləri ilə ayrı-ayrılıqda iki iclasda iştirak etdim. Bu görüşlərdə ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra müştərək mövqelər və nüvə anlaşmasını xilas etmək üçün görülməsi mümkün olan işlər haqda danışdım. Biz İran ilə nüvə anlaşmasının tam və təsirli formada icra edilməsi ilə bağlı öhdəliklərimizə təkid etdik. Bildiyiniz kimi bu anlaşma nüvə silahlarının yayılmasının önlənilməsi baxımından son dərəcə böyük bir diplomatik uğur sayılır və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən də 2231 saylı qətnamə ilə təsdiq edilib.

Federika Moqerini əlavə edib: Biz ABŞ-ın bu anlaşmadan çıxmasına görə təəssüf edirik. Eyni zamanda bu nüvə anlaşmasının əsasını təşkil edən nüvə sanksiyalarının ləğv edilməsi və iqtisadi-ticari əlaqələrin normallaşdırılması üzrə öhdəliklərin icra edilməli olduğunu etiraf edirik. Biz üzərimizə düşən öhdəliklərə təkid etdik. Və təyin olunmuş hədəfə çatmaq üçün bütün səviyyələrdə müzakirələrin artırılması barədə razılığa gəldik. Elə bu istiqamətdə   ekspertlərimiz günün müxtəlif saatlarında əməkdaşlıq ediblər. Qarşıdan gələn həftələr ərzində bu xüsusda real həll yolunun əldə olnması üçün İran ilə ekspertlər səviyyəsində danışıqlara da strat verilib.

Moqerini həmçinin deyib: İlk məsələ İran ilə iqtisadi əlaqələrin qorunması və genişləndirilməsidir. İkinci məsələ isə neft, qaz, neft-kimya məhsulları və əlaqədar maddələrdir. Üçüncü məsələ isə bank əməkdaşlıqlarıdır. Dördüncü məsələ dəniz, hava və dəmir yolu vasitəsilə yüklərin daşınması əməkdaşlıqlarının davam etdirilməsidir. Beşinci məsələ isə iqtisadi və maliyyə əməkdaşlıqlarında sadələşdirmə xarakteri daşıyan ixracat kreditləri və maliyyə sığortalarıdır.

AB-nin xarici siyasət üzrə ali nümayəndəsi sonda deyib: Birgə anlaşmaların icra edilməsi və Avropa şirkətləri ilə İran şirkətləri arasında imzalanmış müqavilələrin həyata keçirilməsidir. Biz, səmimi və konstruktiv bir atmosferə malik olan danışıqlarda nüvə anlaşmasının bütün bəndlərinin tam formada icra olunmasına təkid etdik. Bizim gələn həftə Vyanada nazir müavinləri səviyyəsində iclasımız olacaq. Həmçinin, qarşıdan gələn günlər ərzində bu xüsusda əməkdaşlıqlarımızı davam etdirəcəyik. Biz həmçinin qərara almışıq ki, Avropa Birliyinə üzv ölkələr avropalı iş adamlarının maraqlarının qorunması üçün həm Avropa, həm də Dünya səviyyəsində atılması mümkün olan addımlar üzərində işləyərək, lazımi mexanizm hazırlasınlar.

Teqlər