May 28, 2018 20:52 Asia/Baku
  • Rusiya ABŞ-ın Suriyadakı hərbi iştirakının davam etməsilə müxalifət edib
    Rusiya ABŞ-ın Suriyadakı hərbi iştirakının davam etməsilə müxalifət edib

Rusiyanın xarici işlər naziri bildirib ki, Moskva ABŞ-ın Suriyadakı hərbi iştirakının davam etməsilə müxalifdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün deyib ki, amerikalı hərbçilərin Suriyanın Əltənf məntəqəsindəki hərbi iştirakının davam etməsi üçün heç bir dəlil yoxdur.

Lavrov əlavə edib: Amerikalı qüvvələrin Əltənfdə hərbi iştirakı hüdudları süni şəkildə və hərbi məntiq cəhətdən qəbuledilməz olan dəlillərə görə yaradılıbdır.

Rusiyanın xarici işlər naziri qeyd edib ki, Suriyada İŞİD ilə bağlı terror qrupları Əltənf məntəqəsində və amerikalı qüvvələrin nəzarəti altında daha da fəal olublar.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Əltənfin durumu Rusiya və Amerikanın Suriyanın cənubunda gərginliyin azaldılması məntəqəsinin qaydaya salınması üzrə razılığı ilə uyuşmur.

Teqlər