İyun 05, 2018 09:25 Asia/Baku
  • Putin: Rusiya Avropa Birliyi ilə əməkdaşlığa maraqlıdır
    Putin: Rusiya Avropa Birliyi ilə əməkdaşlığa maraqlıdır

Rusiya prezidenti ölkəsinin Avropada hakimiyyətə gəlməyə maraqlı olan partiyalarla əlaqə qurmaq vasitəsi ilə Avropa ölkələrində destabillik yaratmaq üzrə səyi haqda məlumatları təkzib edərək deyib: Rusiya avropalılarla müxtəlif sahələrdə əməkdaşlığa maraqlıdır.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Avstriyaya səfəri ərəfəsində bildirib: Biz Avropa Birliyinin uğurlu olmasına maraqlıyıq. Çünki Avropa Birliyi bizim ən önəmli ticarət və iqtisadi şərikimizdir. Avropa Birliyində baş verən hər hansı problem, bizim də problemlərimizi artıracaq. 

Vladimir Putin əlavə edib: Biz Avropa Birliyində heç nə və heç kim üçün təfriqə yaratmağı izləmirik. 

2016-cı ildə Rusiya və Avstriyanın koalisiya hökuməti arasında yaranan əməkdaşlıq razılaşması haqda suala cavabda etiraf edib ki, siyasi partiyalar daxilində əməkdaşlıq sahələrində bəzi prioritetlərin mövcud olması mümkündür. 

Rusiya prezidenti əlavə edib: Biz açıq-aşkar şəkildə bizimlə əməkdaşlıq etməyə maraq göstərən tərəflərlə əməkdaşlıq etməyə çalışırıq. 

Teqlər