İyun 11, 2018 13:03 Asia/Baku
  • Baskda 202 kilometrlik insan halqası
    Baskda 202 kilometrlik insan halqası

İspaniyanın şimalında Bask muxtar bölgəsində on minlərlə əhali dünən 202 kilometrlik insan halqası təşkil edərək müstəqillik üçün bölgədə seçkilərin keçirilməsi haqqına təkid ediblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Bask sakinlərinin istiqlal referendumunun keçirilməsi tələbi elə bir şəraitdədir ki, İspaniya konstitusiyasına əsasən bu ölkə bölünməzdir. 

Separatizm İspaniya hökuməti üçün böyük problemə çevrilib. 

Bask bölgəsindən əlavə Kataloniya bölgəsi də müstəqil olmaq istəyir. 

Kataloniya sakinləri ötən il qalmaqallı referendumda bu bölgənin müstəqilliyinə səs verdi amma İspaniyanın konstitusiya məhkəməsi referendumu qeyri qanuni adlandıraraq onun nəticələrini ləğv etdi. 

Teqlər