İyul 07, 2018 21:28 Asia/Baku
  • Tramp ABŞ-ı dünyadan qopartmağa çalışır
    Tramp ABŞ-ı dünyadan qopartmağa çalışır

ABŞ prezidenti Donald Trampın beynəlxalq təşkilatlar və müqavilələrdən bir-bir çıxması beynəlxalq sistemdə gərgin vəziyyət yaratmaqla yanaşı, Vaşinqtonu hətta, müttəfiqlərindən belə uzaqlaşdırmağa başlayıb. Bu isə Amerikanı qlobal təcridə sürükləyir. Yaranmış vəziyyət ölkə daxilində də ciddi narazılıqlara səbəb olub.

Trampın Sakit Okean anlaşmasından çıxması, Meksika ilə sərhədlərə divar çəkməsi, BMT-dən çıxmağa hazırlaşması, NAFTA anlaşmasını tərk etməsi, bəzi ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan etməsi, NATO-ya arxa çevirməsi...Bütün bunların nəticəsi isə ...

“Trampın seçdiyi yol Amerikanı hər şeydən daha çox təcridə sürükləyir. Nyu-York Taymsın yazdığına görə Tramp dünyanın ABŞ-dan qorxmasını istəyir. Amma, onun rəftarları hegemonçuluq dövrü başa çatan Amerikanı daha çox təcridə sürükləyir.”

Buna baxmayaraq, Tramp medialara qarşı da savaş elan edib.

Müsəlmanlardan tutmuş immiqrantlara kimi azlıqda olanlar davamlı olaraq etiraz aksiyaları keçirirlər.

Rəy sorğularına əsasən amerikalıların təqribən yarısının prezident Trampın həmişəlik olaraq uzaq bir yerə, misal üçün Cənub Qütbünə çıxıb getməsini istədiyi və onu bir faciə hesab etdikləri bir şəraitdə, onun doğru yolda olduğuna inanan tərəfdarlrı da az deyil.

Bu arada, Trampın rəqibləri xüsusilə demokratlar prezidentilk dövrü başa çatmadan onu impiçment etmək üçün əllərindən gələni etməyə çalışırlar.

 

Teqlər