İyul 10, 2018 21:31 Asia/Baku
  • Britaniyada siyasi qalmaqallar və çəkişmələr
    Britaniyada siyasi qalmaqallar və çəkişmələr

Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı müzakirələrin sonuna sadəcə bir neçə ay qalıb. Bu vəziyyətdə Nazirlər Kabinetinin iki əsas üzvü, yəni xarici işlər naziri və Breqzit üzrə nazirin istefa verməsi ölkədə böyük ajiotaja səbəb olub.

İngiltərə Nazirlər Kabinetində siyasi zəlzələ və bu ölkə parlamentində qeyri-normal şərait. İki əsas nazir, xarici işlər naziri Boris Conson və Britaniyanın Avropa Birliyindən çıxması, Breqzit üzrə naziri Deyvid Deyvisin müavini ilə birlikdə istefa verməsi ilə.

İngiltərə baş naziri Tereza Mey deyib: Mən Avropa Birliyindən çıxmaq üçün ən yaxşı yolu seçdiyimizi demirəm. Amma bütün yollar, o cümlədən anlaşma olmadan çıxmağı gündəmimizdə saxlayırıq. Nazirlər Kabineti cümə günü iclasında Avropa Birliyi ilə sərbəst ticarət zonasının yaradılması üzrə razılığa gəldi. Belə ki, həm Britaniya Avropa Birliyi ilə gömrük sazişindən çıxmış olsun, həm də Avropa Birliyi ilə ticarət yolu açıq qalmış olsun.

Britaniyanın Leyboristlər partiyasının sədri Ceremi Korbin deyib: Avropa Birliyindən çıxmaq üzrə referendumdan iki il keçir və yekun anlaşma vaxtına sadəcə bir neçə ay qalıb. Amma hələ də müəyyən bir proqram müşahidə olunmur. Destabilliklər davam edir, sahibkarlar, şirkətlər və təşkilatların rəhbərləri və vətəndaşlar nigarandırlar. Belə bir vəziyyətdə Nazirlər Kabinetinin iki üzvünün istefa verməsi hətta Nazirlər Kabinetində hamının qəbul etdiyi müəyyən bir proqramın olmadığını göstərir.

Görünür xanım Meyin cümə günü Nazirlər Kabinetinin üzvləri ilə xüsusi iclası da bu istefalara mane ola bilməyib.

Baş verən hadisələrlə əlaqədar bir siyasi ekspert deyib: Məsələ bir nəfərin ayrılması deyildir. Bu istefalar ölkənin gələcəyi haqda Nazirlər Kabinetində bir-birlərinə qarşı mövqe sərgiləyən iki strategiyanın qarşıdurmasının zirvəsidir.

Breqzitin nəticələrinin hiss edilməsi İngiltərənin Avropa Birliyindən çıxması əleyhinə ən böyük ictimai aksiyanın keçirilməsi ilə nəticələndi. Daxili çəkişmələr nigaranlıqların artmasına gətirib çıxarıb.

İngiltərəli bir etirazçı deyib: İndi Avropa Birliyindən çıxmağın mənfi iqtisadi nəticələrinin tam qeyri-münasib olduğu aydınlaşıb. Breqzit düşmənçilik durumu yaradıb. Artıq mütəxəssislər bura gəlmirlər və ölkələrin miqrantları qəbul etməsi, yanlış təsəvvürdür. Halbuki ölkələr miqrantların qədrini bilməlidirlər. Çünki burada xidmət edirlər.

Analitiklərin qənaətincə, Britaniyanın Avropa Birliyindən çıxmasına o qədər də vaxtın qalmadığı bir durumda, xarici işlər və Breqzit nazirlərinin istefa verməsi və ehtimal üzrə başqa istefaların olması İngiltərə hökumətini yeni böhranla üzləşdirmişdir.

Hökumətin ana müxalifəti Britaniyanın Leyboristlər partiyasının sədri Ceremi Korbin dolayısı ilə baş nazirin istefa verməsini və növbədənkənar seçkilərin keçirilməsini istəyib.

Müşahidəçilərin fikrincə, İngiltərə Nazirlər Kabinetinin iki əsas üzvünün istefa verməsi bu ölkədə ikitirəlik və ixtilafları daha da aydınlaşdırıb, üstəlik Breqzit müzakirələrində İngiltərənin mövqeyini daha da zəiflədib.

 

Teqlər