İyul 13, 2018 20:00 Asia/Baku
  • ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Bukəmal şəhərinə olan hücumunda ölənlərin sayı 50 nəfəri keçib
    ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Bukəmal şəhərinə olan hücumunda ölənlərin sayı 50 nəfəri keçib

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyrəzzur vilayətində yerləşən Bukəmal şəhərinə qarşı hücumlarında qadınlar və uşaqlar da daxil olmaqla təqribən 50 nəfər həlak olub, onlarla nəfər də yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın qırıcıları bu gün səhər Bukəmal şəhərinin ətrafında yerləşən Yuxarı Bağur və Susə məntəqələrini bombalayıb. Nəticədə 53 nəfərin həlak olduğu bildirilir.

Xəstəxana mənbələri bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirərək, hadisə qurbanlarının sayının artması ehtimalından xəbər veriblər.

ABŞ qırıcıları 11 iyunda da Həsəkə şəhərində bir məktəbə hücum edərək, 18 nəfəri qırğın etmişdilər.

Teqlər