İyul 18, 2018 12:58 Asia/Baku
  • Amerika senatorları ABŞ prezidentinin Putinlə görüşdə zəifliyini qınayıblar
    Amerika senatorları ABŞ prezidentinin Putinlə görüşdə zəifliyini qınayıblar

Amerika senatorları Helsinkidə baş tutan Putin ilə Tramp görüşündə ABŞ prezidentinin zəifliyini kəskin qınayaraq onun utanc gətirdiyini bildiriblər.

Senanın demokrat azlığının rəhbəri Nansi Plosi deyib: Prezident Tramp bizim demokratiyanı və demokratik prinsipləri müdafiə etməkdənsə Putin qarşısında geri çəkildi halbuki bu dünyanın gözü qarşısında baş verirdi. Putinin Amerikaya xəyanətə həvəsi sübut edir ki, qətiyyən ruslar Tramp barədə şəxsi, maliyyə yaxud siyasi məlumatlara malikdirlər. Milli Kəşfiyyat Təşkilatının sədri Den Kutsun dediyi kimi, kəşfiyyat orqanları bildiriblər ki, ruslar bizim seçkilərə müdaxilə üçün növbəti plan hazırlayıblar amma Tramp hələ də rusların sözünü təsdiqləyir və onların bəyanatlarını həvəslə dəstəkləyir. Prezident bizim demokratiyaya hücumu davam etdirmək üçün ruslara yaşıl çırağ göstərir. 

Senatın əksəriyyətdə olan respublikaçılarının rəhbəri Miç Mak Kanel də deyib: Ruslar bilməlidirlər ki, biz 2016-cı ildə nələrin baş verməsindən xəbərdarıq və yaxşı olar bu hadisə bir daha 2018-ci ildə təkrarlanmasın. 

Başqa bir senat üzvü Helsinki görüşü barədə deyib: Məncə prezident üçün pis gün idi, mənə elə gəlir ki, o vəziyyəti düzəldə bilər və belə də etməlidir. 

Hollivudun məşhur aktyoru və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsnger də Trampın Putin ilə müştərək mətbuat konfransındakı bəyanatlarını utandırıcı adlandırıb. 

Arnold Trampa video müraciətində deyib: Mən indicə sizin Putin ilə mətbuat konfransınızı izlədim, utandırıcı idi. Sən orada islanmış ərişdə kimi durmuşdun, Putinin tərəfdarı olan balaca oğlan kimi. Həqiqi mənada sən kəşfiyyat orqanlarımızı, məhkəmə sistemimizi və ümumiyyətlə ölkəmizi satdın. 

Teqlər