İyul 18, 2018 20:16 Asia/Baku
  • Obama Trampın yalanlarını qınayıb
    Obama Trampın yalanlarını qınayıb

Amerikanın keçmiş prezidenti Barak Obama, ABŞ prezidenti Donald Trampın siyasətləri və bəyanatlarını uydurma adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Amerikanın eks prezidenti bu gün Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandelanın anadan olmasının yüz illiyi münasibəti ilə keçirilən mərasimdəki çıxışında Donald Trampın quldurcasına siyasətlərini və uydurmalarını qınayıb. 

Barak Obama deyib: Donald Trampın siyasətləri despotikdir. 

Amerikanın eks prezidenti Trampın siyasətlərini qınayaraq miqrantlara qarşı məhdudiyyətlərin gücləndirilməsi yaxud Paris iqlim müahidəsi və Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmaq səhv hərəkət olub. 

Obama həmçinin deyib: Amerikada irqi ayrı-seçkilik var və bu faktdır. 

D.Trampın siyasətləri o sıradan miqrantlara qarşı sərt qərarları, rasist qruplara dəstəyi, Avropa, Kanada, Meksika və Çinə qarşı ticarət müharibəsi dünya səviyyəsində geniş tənqidlərə səbəb olub. 

Teqlər