İyul 20, 2018 18:59 Asia/Baku
  • Tramp Çinə xəbərdarlıq etdi: Çin məhsullarına daha ağır rüsumlar tətbiq olunacaq
    Tramp Çinə xəbərdarlıq etdi: Çin məhsullarına daha ağır rüsumlar tətbiq olunacaq

ABŞ prezidenti Çinə xəbərdarlıq edib ki, ticarət savaşı davam etdiyi halda Çindən idxal olunan məhsullara daha çox rüsumlar tətbiq edəcək.

CNBC televiziyasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu televiziyaya verdiyi müsahibədə bildirib: Çindən idxal olunan məhsullara 500 milyard dollar rüsum tətbiq etməyə hazırdır. 

Tramp indiyədək iki dəfə Çin məhsullarına 10 və 25%-lik rüsumlar tətbiq edib. Qarşılıqlı olaraq Çin hökuməti ABŞ məhsullarına rüsum tətbiq edib və iki ölkə arasında ticarət savaşı yaranıb. 

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra güclü tənqidlərə məruz qalan Tramp bu təzyiqlərdən xilas olmaq üçün də deyib: Putinlə bütün görüşü tam anlaşıqlı olmayıb. ABŞ prezidenti iddia edib ki, Moskva və Vaşinqton arasında münasibətlər normallaşmazsa, mən Putinin indiyədək ən pis düşməni olacağam. 

Tramp ötən bazar ertəsi Putinlə birgə mətbuat konfransında 2016-cı il prezident seçkilərində Rusiyanın müdaxiləsi haqda ABŞ-ın təhlükəsizlik dairələrinin funksiyasını naməlum vəziyyətlə üzləşdirib və deyib ki, onların bu haqda müəyyən faktı yoxdur.

ABŞ-ın Kütləvi İnformasiya Vasitələri və siyasi dairələri Trampı Putin qarşısında təslim olmaqda suçlayıblar. 

Teqlər