İyul 22, 2018 17:22 Asia/Baku
  • ABŞ-da yerlilər Trampın siyasətləri əleyhinə aksiya keçiriblər

Amerikalı yerlilər ABŞ prezidentinin ətraf mühitə qarşı siyasətlərinə etiraz ediblər.

İRİB-in məlumatına görə, amerikalı yerlilər və rənglidərililər şənbə günü Vaşinqton DC küçələrində ABŞ prezidenti Donald Tramp hökumətinin ətraf mühit əleyhinə siyasətlərinə qarşı aksiya keçiriblər.

Bu aksiya "Sıfır Saat" Təşkilatının dəvəti əsasında Vaşinqton DC-də keçirilib və iştirakçılar əllərində plakatlar tutaraq Trampın siyasətlərinin iqlim dəyişikliklərinin amillərindən olduğunu bildirib və bu siyasətləri qınayıblar.

Donald Tramp 2017-ci ildə ABŞ-ı Paris İqlim Sazişindən çıxardı. Birləşmiş Ştatlar prezidentinin bu hərəkəti beynəlxalq reaksiyalara səbəb oldu.

ABŞ dünyada çirklənmənin əsas səbəbkarı olan istixana qazlarını ən çox istehsal edən ölkədir.

Teqlər