İyul 23, 2018 08:49 Asia/Baku
  • ABŞ dövlət katibi İranofobiya mövqeyi sərgiləyib
    ABŞ dövlət katibi İranofobiya mövqeyi sərgiləyib

ABŞ dövlət katibi İran İslam Respublikasının çox az sayda müxalifləri, o cümlədən terror amillərinin toplantısında iştirak edərək bir daha ABŞ hökumətinin İranofobiya siyasətini sərgiləyib.

İRNA-nın məlumatına görə, ABŞ dövlət katibi Mayk Pompeo bazar günü gecə Kaliforniya ştatında sabiq prezident Ronald Reyqan kitabxanasında anti-İran iclasında deyib: İran İslam Respublikası tamamilə qərbə ziddir. 

ABŞ dövlət katibi həmçinin Birləşmiş Ştatların Qərbi Asiyada müharibələrə 7 trilyon dollar vəsait xərcləməsinə dair prezident Donald Trampın açıqlamasına diqqət yetirmədən İranı Suriyanın qanuni hökuməti və müqavimət qruplarını dəstəkləməkdə suçlayıb. 

Pompeo sözlərinin davamında Tramp hökumətinin sionizmə dəstəyinin davamını vurğulayıb və əlavə edib: İslam İnqilabının birinci ideologiyası İsrail rejiminin məhvidir. 

ABŞ dövlət katibi ölkəsinin qaradərililəri qətlə yetirməkdə ən böyük statistikaya malik olduğuna rəğmən İranı insan haqlarını pozmaqda suçlayıb.

Mayk Pompeo həmçinin İranda 2017-ci il iğtişaşlarına dəstəyi bir daha vurğulayıb. 

Öz çıxışında İran xalqına dəstəyi iddia edən ABŞ dövlət katibi İran əleyhinə ədalətsiz və birtərəfli sanksiyalar, bu ölkə iqtisadiyyatını çıxılmaz vəziyyətə salmağa toxunub və deyib: İranın pulunun nəqli prosesinə maksimum təzyiqi göstərəcəyik. 

Pompeo həmçinin İranın neft ixracını sıfıra çatdırmağa dair Trampın iddiasını təkrarlayıb. 

ABŞ dövlət katibi regionda müqavimət qrupları və Bəhreynin məzlum vətəndaşlarını terrorçu adlandırıb. Halbuki bir müddət öncə Donald Trampın bəzi yaxınları terrorçu Münafiqlər qruplaşmasının iclasında iştirak etmişdi. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü amerikalılara və İran neftinin ixracına imkan verməyəcəklərini deyənlərə xitabən bildirib: ABŞ prezidenti bilsin ki, İran tarix boyu bölgədə təhlükəsizliyin şah damarına zamin olub və Tramp aslanın quyruğu ilə oynamasın. Çünki İranın cavabı peşmanedici olacaq. 

Teqlər