İyul 26, 2018 11:15 Asia/Baku

Pakistanda keçirilən parlament seçkilərinin başa çatması və səslərin sayılmağa başlanmsı ilə İmran Xanın başçılıq etdiyi Təhrik İnsaf Partiyasının tərəfdarları küçələrə axışaraq, şənlik etməyə başlayıblar.

İRNA-nın məlumatına görə, İmran Xan və Təhrik İnsaf Partiyasının tərfdarları küçə şənlikləri təşkil ediblər. 

Pakistanın Seçki Komissiyası parlament seçkilərinin yekun nəticəsini bu gün elan edəcək. İlkin və qeyri-rəsmi məlumatlara əsasən Təhrik İnsaf Partiyası seçkilərdə qələbə çalıb. Nəvaz Şərifin Müslim Liq Partyası isə ikinci olub. Bəlaul Buto Zərdarinin rəhbərlik etdiyi Xalq Partiyası da üçüncü olub. 18 seçki dairəsində isə müstəqil namizədlər üstünlük əldə ediblər. 

Hazırda həbsdə olan Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qardaşı Şahbaz Şərif isə seçkilərdə qanun pozuntusunayol verildiyini iddia edərək, ilkin nəticələri rədd edib. 

Teqlər