Avq 05, 2018 21:36 Asia/Baku
  • İsveçrədə təyyarə qəzası; 20 nəfər həlak oldu
    İsveçrədə təyyarə qəzası; 20 nəfər həlak oldu

İsveçrədə bir ədəd kiçik sərnişin təyyarəsinin süqut etməsi nəticəsində 20 nəfər həlak olub.

Röyters-in verdiyi məlumata görə, İsveçrə polisi təyyarədə olan 20 nəfərin hamısının öldüyünü bildirib. Bu təyyarə şənbə günü Alp dağlarında süqut edib.

Bu məlumata görə sərnişinlərdən 18-i İsveçrə, 2-si isə Avstriya vətəndaşı olub.

Süqut edən təyyarənin 1939-cu il Almaniya istehsalı olan Ju-52 təyyarəsi olduğu bildirilir.

İsveçrə rəsmiləri hələ ki, hadisənin səbəblərinə aydınlıq gətirməyiblər.

Teqlər