Avq 11, 2018 18:55 Asia/Baku
  • BMT Yəməndəki cinayətlərə göz yumdu
    BMT Yəməndəki cinayətlərə göz yumdu

Ərəbistanın Yəmənə qarşı cinayətlərinin hər gün daha dəhşətli hal aldığı bir şəraitdə BMT-nin Təhlükəsizlik Şurası kənar məsələlərə diqqət ayırmaqla, Səudiyyə koalisiyasının cinayətlərinə göz yummağa çalışır.

 

Cinayət və mükafatdan hələ mükafatı olmayan cinayətə kimi. Ərəbistanın Yəməndə bazar və məktəblilərin avtobusunu hədəfə alması nəticəsində yüzdən çox insan ölüb, yüzlərlə nəfər də yaralanıb. Belə bir şəraitdə Təhlükəsizlik Şurası Afrikanı araşdırmaq qərarına gəlib. Özü də bağlı qapılar arxasında. Amma, nəticəsindən aydın olur ki, bu toplantı sadəcə iclas xatirinə olub. Hazırda Təhlükəsizlik Şurasının dövrü sədri olan İngiltərənin BMT-dəki səfiri bu barədə qısa bir açıqlama ilə kifayətlənib. Vəziyyətdən narahatlıq edərək, araşdırmaların aparılmasını istəyib. İran İslam Respublikasının BMT-dəki səfiri Qulaməli Xoşru məsələyə nə üçün səthi yanaşıldığından danışıb: “Təəssüflər olsun ki, bu silahlardan Yəmən xalqına və yəmənli uşaqlara qarşı istifadə edənlər Yəmən böhranı üçün diplomatik və siyasi həll yolu istəmirlər.”

ABŞ Dövlət Departamenti Ərəbistandan cinayətləri barədə özünün araşdırma aparmasını istədiyini deyir. Yəni müttəhim və qazı bir nəfər olsun. Bu arada Pentaqon bir daha Ərəbistanın başçılıq etdiyi koalisiyanı hərtərəfli formada dəstəklədiyini etiraf edib.

Əlbəttə, BMT bir bəyanat da verib. Amma, Bin Salmanın narahat etməyəcək dərəcədə mülayim bir dil ilə. Müharibə cinayətlərindən çəkinməsini istəyib. BMT-nin büdcəsinin böyük bir hissəsini Ərəbistanın təmin etməsinə görə, nəticə fərqli də ola bilməzdi.

 

Teqlər