Avq 13, 2018 09:38 Asia/Baku
  • Lavrov: Amerika kimyəvi tərksilah ilə müxalifdir
    Lavrov: Amerika kimyəvi tərksilah ilə müxalifdir

Rusiya xarici işlər naziri bildirib ki, Amerika kimyəvi tərksilah ilə müxalifdir.

Sergey Lavrov dünən ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına toxunaraq, deyib: Kimyəvi silahların qadağanı üzrə beynəlxalq təşkilat Rusiyanın kimyəvi silah cəbbəxanalarının yığışdırılmasını təsdiqləyib. Belə bir halda, Vaşinqton hələ bu prosesi başa çatdırmayıbdır.

Rusiya xarici işlər naziri söyləyib: Rusiya üç ildir ki, özünün kimyəvi silah cəbbəxanalarını yığışdırmağı başa vurub və kimyəvi silahların qadağanı üzrə beynəlxalq təşkilat da bunu təsdiqləyibdir. O, deyib: Amerika Rusiya ilə bərabər bir möhlətdə bu etapa çatmalı idi.

Lavrov ABŞ-ın öz kimyəvi silah cəbbəxanalarını yığışdırmağı 2020-ci ilədək təxirə salmaq istədiyini bildirərək, deyib ki, amerikalılar kimyəvi tərksilah ilə müxalifdirlər.

ABŞ dövlət departamenti son zamanlar bir bəyanatda bildiribdir ki, Rusiyaya qarşı yeni sanksiyalar avqustun 22-də qüvvəyə minəcəkdir.

Teqlər