Avq 17, 2018 21:29 Asia/Baku
  • ABŞ yenə də İrandan neft alanları hədələdi
    ABŞ yenə də İrandan neft alanları hədələdi

ABŞ dövləti bir daha Çin də daxil İrandan neft idxal qdən dövlətləri sanksiya ilə hədələdi.

Val Strit Jurnalın verdiyi məlumata görə, İrana qarşı təşəbbüs adlı qrupa başçı təyin edilmiş Braya Huk yeni vəzifəsində ilk bəyanatında ABŞ rəsmilərinin öncəki təhdidlərini təkrarlayaraq deyib: Tramp hökuməti noyabr möhlətindən sonra İrandan neft idxalını davam etdirəcək hərhansı ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırdır və bu sanksiyalar İran neftinin ən əsas idxalatçısı olan Çinə şamil ediləcək. 

Huk deyib: Amerika İrandan neft idxalını azaldan ölkələrə isə güzəştlər nəzərdə tutacaq. 

ABŞ dövləti mayın 8-də beynəlxalq nüvə sazişindən bir tərəfli qaydada çıxaraq İrana qarşı nüvə sanksiyalarının 90 və 180 günlük mərhələlərdə bərpa ediləcəyini bildirdi. 

Amerikanın bu hərəkəti müxtəlif ölkələr o sıradan bu sazişin digər imzalayan tərəflərin etirazına səbəb oldu. 

Çin də dəfələrlə Amerikanın İrana qarşı sanksiyalarına qatılmayacağını və İrandan neft idxalını davam etdirəcəyini dəfələrlə bildirmişdir. 

Teqlər