Avq 19, 2018 11:05 Asia/Baku
  • Putin: İran ilə nüvə anlaşması qorunmalıdır

Rusiya prezidenti Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında Hərtərəfli Birgə Təşəbbüs Planının qorunmasına təkid edib.

Vladimir Putin şənbə axşamı Berlində Almaniya kansleri Angela Merkel ilə görüşüb. Bu görüşdə Asiyanın qərbindəki vəziyyət o cümlədən Suriya böhranı və İran ilə nüvə anlaşması haqda danışıqlar aparılıb.

Putin ölkəsinin Suriyaya olan humanitar yardımlarını davam etdirəcəyini vurğulayıb və deyib: Suriyalı didərginlərin öz ölkələrinə qayıtmalarına səy göstərilməlidir.

Merkel də bu mətbuat konfransında İran ilə nüvə anlaşmasını dəstəkləyib.

Almaniya kansleri bu mətbuat konfransında Suriyanın İdlib şəhərində törədilən terror hücumlarını bir faciə adlandırıb və deyib: Suriya böhranı siyasi bir proseslə həll olunmalıdır.

Almaniya kansleri daha sonra Ukrayna böhranına işarə edib və deyib: Bu məsələdə əməkdaşlıq üçün əsas baza Minsk anlaşmasıdır.

Rusiya prezidenti Vladimir Putin şənbə günü axşam Almaniya kansleri Angela Merkel ilə görüşüb, danışıqlar aparmaq üçün Almaniyaya səfər edib.

Teqlər