Avq 30, 2018 17:43 Asia/Baku
  • Rusiya ABŞ və müttəfiqlərinin Suriyaya ehtimal olunan hücumu haqda xəbərdarlıq edib

Rusiya xarici işlər nazirliyinin sözçüsü regiona köçürülmüş hərbi təchizatlara görə, ABŞ və müttəfiqlərinin Suriyaya ehtimal olunan hücumu haqda xəbərdarlıq edib.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün bir mətbuat konfransında ABŞ-ın başçılığı altda olan Qərb koalisiyasının Suriyaya qarşı yeni hücum üzrə səyinə toxunaraq, bu hücumun nəticələri barədə xəbərdarlıq edib və deyib ki, Amerika regiona köçürdüyü təchizatlarla 24 saat ərzində Suriyaya qarşı hərbi hücuma keçmək qüdrətinə malikdir.

Zaxarova Qərbin Suriyaya hücum üçün bəhanə kimi "kimyəvi silahlardan istifadə ilə təhrikedici hərəkətlər" barədə irəli sürdüyü ssenarinin icrasının perspektivindən nigarançılıq edərək, deyb: Belə bir hücum Suriya böhranının həllinə və beynəxalq stabilliyə ağır zərbə vura bilər və odla oyunun nəticələri proqnozediləsi deyildir.

Rusiyanın müdafiə nazirliy də bir neçə gün bundan öncə xəbərdarlıq etmişdi ki, Amerika Suriya yaxınlığındakı hərbi təchizatlarını gücləndirib və Suriyada saxta kimyəvi hücum bəhanəsilə bu ölkənin dövlət qüvvələrinə hücum etmək niyyətindədir.

Teqlər